Ukraynada amerikalı döyüşçü öldürülüb

Ukraynada amerikalı döyüşçü öldürülüb
  07 Fevral 2024    Oxunub:800
Rusiya hərbçiləri Ukraynada amerikalı döyüşçünü öldürüblər. Söhbət muzdlu döyüşçü Brendon Ceyms Bauersoksdan gedir.
AzVision.az xəbər verir ki, bu barədə TrackANAziMerc Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, ABŞ vətəndaşı ötən ilin sentyabrında Kiyevə gələrək Ukrayna Dəniz Piyadalarının 37-ci briqadasının 505-ci batalyonuna qoşulub. Bölmə Krınki yaxınlığındakı Dneprə göndərilib və sonradan Ukrayna əsgərləri Rusiya Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti