Mədələrində 300-ə yaxın qablaşdırılmış narkotik keçirmək istədilər

Mədələrində 300-ə yaxın qablaşdırılmış narkotik keçirmək istədilər
  08 Fevral 2024    Oxunub:1419
Aktau hava limanında iki əcnəbinin mədəsində 300-ə yaxın qablaşdırılmış narkotik tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi (KazTAG) məlumat yayıb.

Qeyd edilir ki, Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 24-də baş verib. İki əcnəbi hava limanının binasında saxlanılaraq xüsusi aparatlarla yoxlamaya aparılıb. Həmin sərnişinlərin qarın boşluğunun rentgen müayinəsi zamanı onların mədələrində inanılmaz sayda yad cisimin gizlədilməsi məlum olub.

Nəticədə əcnəbilərdən 295 ədəd tiryək tipli narkotik vasitələr aşkar edilərək götürülüb. Qadağan olunmuş bitkilərin ümumi çəkisi 2 kq-dan çox olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Narkotik  





Xəbər lenti