Fransız idmançılar yarışdan qovuldu

Fransız idmançılar yarışdan qovuldu
  09 Fevral 2024    Oxunub:1155
Fransalı qılıncoynadan İsaora Tibus beynəlxalq yarışlardan dopinqə görə müvəqqəti olaraq kənarlaşdırılıb.
AzVision.az -ın məlumatına görə, bu barədə Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) qərar verib.

Rapira növündə çıxış edən idmançı anormal dopinq testinin nəticəsinə görə turnirlərdən uzaqlaşdırılıb.

Fransa Qılıncoynatma Federasiyasından (FFE) bildirilib ki, yanvarın 14-də ondan götürülmüş testin nəticəsi müsbət olub.

FFE Tibusun qəsdən dopinqdən istifadə etmədiyini və bunun üçün məyus olduğunu açıqlayıb.

Qeyd edək ki, İsaora Tibus dünya və Avropa çempionatlarının mükafatçısı olmaqla yanaşı, dördqat ölkə çempionudur. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da gümüş medal əldə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti