Azərbaycanda 9-cu sinif şagirdi məktəb yoldaşını kürəyindən BIÇAQLADI

   Azərbaycanda 9-cu sinif şagirdi məktəb yoldaşını kürəyindən    BIÇAQLADI
  11 Fevral 2024    Oxunub:1549
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Cəlilabad şəhəri Vaqif küçəsində qeydə alınıb.

Belə ki, təcili tibbi yardım briqadasına küçədə yıxılıb qalan şəxs haqqında məlumat verilib.

Təcili tibbi yardım avtomobili ilə yeniyetmə 2008-cı il təvəllüdlü H.B ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Onun qarın boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yarası və kürək nahiyəsindən kəsilmiş deşilmiş yarası xəsarətləri aldığı məlum olub.

Aparılan araşdırmalarla həmin xəsarətlərin ona Cəlilabad şəhəri ərazisində digər bir məktəbli tərəfindən yetirildiyi müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü digər bir məktəbli müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, məktəblilərin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinfinin paralel şagirdləri olduğu bildirilir. (İqtisadiyyat.az)


Teqlər:





Xəbər lenti