Yunanıstan və Kolumbiya finala doğru - VİDEO

Yunanıstan və Kolumbiya finala doğru - VİDEO
  25 İyun 2014    Oxunub:1123
Dünya çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, D qrupunda iki oyun keçirilib. 1/8 finalda oynamaq hüququ əldə edən Kosta Rika millisi mundialla vidalaşan İngiltərə ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Digər oyunda İtaliya Uruqvay yığması ilə qarşılaşıb. Avropa təmsilçisi bu oyunda 1:0 hesabı ilə məğlub olaraq mundilla vidalaşıb. Uruqvay 1/8 finala yüksəlib.

C qrupunda Yunanıstan və Fil Dişi Sahili yığmaları güclərini sınayıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən yunanlar 1/8 final mərhələsinə yüksəliblər.

Digər oyunda Yaponiya Kolumbiya millisi ilə qarşılaşıb. Qarşılaşma Kolumbiyanın böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1. Bununla da Kolumbiya 1/8 finala qrup lideri kimi çıxıb. Fil Dişi sahili və Yaponiya milliləri mundialla vidalaşıb.





AzVision.az


Teqlər:





Xəbər lenti