Rusiya ilə ödənişlərdə problemlər lirənin ucuzlaşmasına səbəb olub
Nəşrin məlumatına görə, yanvarda lirə ilə ticarətin həcmi 13,9 milyard rubl təşkil edib ki, bu da dekabrın yekunlarından demək olar ki, dörd dəfə azdır. Eyni zamanda, həftə sonlarının çox olması səbəbindən valyuta bazarında ümumi aktivlik cəmi dörddə bir azalıb.
Qeyd olunur ki, iki ölkənin kredit təşkilatları arasında münasibətlərdə vəziyyət pisləşməkdə davam edir və bununla da Türkiyə valyutasının likvidliyi artmaqdadır. Bazar iştirakçıları Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra problemin həllinə ümid edirlər.
AzVision.az
Teqlər: