Ərinə əsəbləşdiyi üçün üstünə zəhərli ilan qoydu

Ərinə əsəbləşdiyi üçün üstünə zəhərli ilan qoydu
  12 Fevral 2024    Oxunub:1882
Hindistanda maraqlı hadisə baş verib.
Times of India-nın yaydığı məlumata görə, bir qadın mübahisə zamanı ərinin üstünə zəhərli ilan qoyub.

Qeyd edilir ki, cütlük tez-tez mübahisə edirmiş. Növbəti dava zamanı arvad ərinin üstünə zəhərli ilan qoymaq qərarına gəlib. Bu işdə ona dostu kömək edib: "Plan işə düşüb və zəhərli heyvan mübahisə zamanı heç bir şeydən şübhələnməyən kişini sancıb".

Hindistanlı zəhərdən huşunu itirsə də, qonşuların sayəsində həyatda qala bilib. Çünki qonşular qısa zamanda həkim tapa biliblər. Həkimlər xəstəni sancan sürünənin "Russel" gürzəsi olmasını müəyyən ediblər.

Xəstəxanada ayılan kişi dərhal hadisəni polisə danışıb. Hüquq mühafizə orqanının əməkdaşları isə jurnalistlərə açıqlamalarında qeyd ediblər ki, şübhəli şəxslər hadisə yerindən qaçmağı bacarıblar. Onlar hələ də axtarışdadırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: İlan   Hindistan  





Xəbər lenti