Şagirdlər arasında bıçaqlanma qoyun otararkən olub - Təfərrüat

 Şagirdlər arasında bıçaqlanma qoyun otararkən olub -    Təfərrüat
  12 Fevral 2024    Oxunub:1015
Cəlilabad rayonunda şagirdlər arasında bıçaqlanma hadisəsinə aydınlıq gətirilib.
Şagirdlərdən müəllimlərə şokolad jesti: Sevgi, yoxsa müzakirəyə açıq trend?
Lənkəran-Astara Regional Təhsil İdarəsindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 10 fevral 2024-cü il tarixində Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Baxışəliyev Həsən Ağamir oğlu yaşadığı ərazinin yaxınlığında şəxsi təsərrüfatlarına aid qoyunları otararkən bıçaqlanıb.

Şagird Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müayinəsi zamanı şagirdin iki kəslimiş və deşilmiş bıçaq yarası aldığı müəyyən edilib. Aparılmış ilkin istintaq zamanı H. Baxşəliyevin onunla eyni məktəbdə, paralel sinifdə təhsil alan IX sinif şagirdi Sarıyev Əli Mehman oğlu tərəfindən bıçaqlandığı aşkarlanıb.

Dindirilmə zamanı onların birlikdə qoyun otardıqları və aralarında olan zarafatın uyğun olmayan ifadələrlə əvəz edilməsi nəticəsində Ə. Sarıyevin hadisəni törətdiyi məlum olub. Hazırda bıçaqlanan şagird palataya köçürülüb və həyati təhlükəsi yoxdur. Digər şagird isə aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlumat üçün qeyd edək ki, şagirdlərin təhsil aldığı təhsil müəssisəsi beşgünlük iş rejimi ilə çalışır və hadisə dərs vaxtı baş verməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Şagird   Bıçaqlanma  





Xəbər lenti