“Bu gün özünü misir fironları kimi aparan məktəb direktorları da az deyil” - Ekspert |
O, əlavə edib ki, hazırda ümumtəhsil məktəblərində optimallaşdırma ilə bağlı siniflərin birləşdirilməsi, bəzi məktəblərin bağlanması və müəllimlərin sertifikasiya prosesi kimi məsələlərlə ciddi narahatlıqlar yaradır. Ekspertin fikrincə, müəllim-şagird münasibətlərində hörmət və sevginin ifadəsi simvolik və mənəvi dəyərlərlə ölçülməlidir. Xaricdən gələn bəzi trendlər isə bəzən cəmiyyətin diqqətini təhsildəki həqiqi problemlərdən yayındıra bilər.
“Müəllimi şokolad bağışlamaqla sevindirməkdənsə, kiçik mənəvi hədiyyələrlə qürurlandırmaq daha yerinə düşərdi. Bu gün müəllimlərə təmənnasız dəstək və mənəvi dəyər daha çox lazımdır.”
Həmidə İbrahimova
AzVision.az