Kerri kürdlərdən dəstək istədi – VİDEO

Kerri kürdlərdən dəstək istədi – VİDEO
  25 İyun 2014    Oxunub:764
ABŞ dövlət katibi Con Kerri İraqın Kürdüstan Muxtar Vilayətində səfərdədi.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, Kerri burada vilayətin lideri Məsud Barzani ilə görüşüb.

Kerri görüş zamanı Bərzanini mərkəzi hakimiyyəti dəstəkləməyə çağırıb.

Vaşinqtonda hesab edirlər ki, ölkədəki böhranı aradan qaldırmaq üçün bütün icmaların nümayəndələrinin olduğu hökumət formalaşdırlmalı və onlar birgə separatçılara dəstək verməlidir. Kerri kürdləri hökumətin formalaşdırlmasında iştirak etməyə səsləyib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.



Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti