“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:
- Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;
- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin;
- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;
- Eləcə də, şübhəli məzmunlu internet saytlarından istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s.-dən yararlanmayın;
- gələn SMS, “Whatsapp” mesajlarındakı şübhəli linklərə keçid etməyin.
Yeni nömrə əldə etmək məqsədilə yalnız Azercell şirkətinin rəsmi mənbələrindən istifadə edin:
• Rəsmi satış kanalı: www.azercellim.com saytı;
• Azercell Eksklüziv mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələri: https://www.azercell.com/az/personal/azercell-stores.html
Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.
Yarana biləcək hər hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrinə müraciət edin:
• Onlayn Müştəri Xidmətləri https://www.azercell.com/az/;
• Azercell-in rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələri;
• Azercell Telefon Mərkəzi:
- Fakturalı xətt abunəçiləri üçün: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565 qısa nömrəsi
- Fakturasız xətt (SimSim) abunəçiləri üçün: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002 qısa nömrəsi.