Rasmussen: `NATO-ya heç kim mane ola bilməz`

Rasmussen: `NATO-ya heç kim mane ola bilməz`
  25 İyun 2014    Oxunub:802
Heç bir üçüncü güc NATO-nun genişlənməsinə maneə ola bilməz.
AzVision.az-ın məlumatına görə, bu barədə NATO-nun baş katibi

Anders Foq Rasmussen öz “Twitter” səhifəsində yazıb.
“NATO-nun qapıları açıqdır və heç bir üçüncü güc blokun genişlənməsinə veto qoya bilməz”, – Rasmussen yazıb.

Rasmussen həmçinin bəyan edib ki, NATO Çernaqoriyanın quruma üzv olması barədə intensiv danışıqlara başlamağa hazırlaşır.

NATO rəhbəri alyansın Gürcüstanın bloka daxil olması üçün əlindən gələn hər şeyi edəcəyini bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti