Ötən il ölkədə 36 811 cinayət qeydə alınıb

Ötən il ölkədə 36 811 cinayət qeydə alınıb
  14 Fevral 2024    Oxunub:1193
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü il ərzində ölkədə 36811 cinayət hadisəsi qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Qeyd olunub ki, bu da 2022-ci ilin göstəricisindən 0,9 faiz çoxdur. Ötən il əhalinin hər 100 min nəfərinə 363 cinayət hadisəsi düşüb, onların da 59,4 faizini az ağır, 25,1 faizini böyük ictimai təhlükə törətməyən, 15,5 faizini isə ağır və xüsusilə ağır cinayətlər təşkil edib.

Cinayətlərin strukturunda 15253 hadisə iqtisadi sahədə, 14716 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 5301 hadisə şəxsiyyət əleyhinə, 1519 hadisə dövlət hakimiyyəti əleyhinə olan (onlardan 381 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 22-i isə digər cinayətlərdir.

AzVision.az


Teqlər:





Xəbər lenti