Elçin Əmirbəyov: “Mənasız “binokl diplomatiyası” qıcıq mənbəyinə çevrilib”

     Elçin Əmirbəyov:    “Mənasız “binokl diplomatiyası” qıcıq mənbəyinə çevrilib”
  15 Fevral 2024    Oxunub:1184
“Atışma əsasən Avropa Birliyinin Müşahidə Missiyasının yerləşdiyi bir əraziya yaxın olan bir yerdə baş verdi və burada qeyd etməliyəm ki, təəssüf ki, son vaxtlar bu Avropa İttifaqının müşahidə missiyasının əsas məqsədlərini yerinə yetirmədiyinə dair bəzi əlamətlər görürük, çünki Avropa Birliyinin müşahidə missiyasının bəyan olunmuş əsas məqsəd Ermənistanla Azərbaycan arasında etimad səviyyəsini artırmaq və yerləşdiyi bölgədə gərginliyi azaltmaq idi. Gördüyümüz kimi, son bir neçə həftə ərzində bir sıra hadisələr baş verdi”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a açıqlamasında deyib. “Biz artıq Aİ-yə üzv ölkələrdən olan müxtəlif səfirlərin, digər rəsmilərin, bəzi Aİ-yə üzv ölkələrdən olan hətta yüksək rütbəli hərbçilərin sərhədin bu hissəsinə müntəzəm səfərlərini görürük, burada onlar şəkillər çəkirlər, Azərbaycan tərəfinə durbinlə baxırlar, bunu hansısa bəyanatlarla müşayiət edirlər.

“Aİ müşahidəçilərinin iddia etdikləri “nailiyyətlər” reallığı əks etdirmir”
Beləliklə, bu, yəqin ki, bu Aİ missiyasının iştirakı ilə atəşkəsi poza biləcəklərini düşünən Ermənistan tərəfinə müəyyən mənada cəsarət qazandıran və bu faciəli nəticələrə səbəb olan amildir. Biz isə hesab edirik ki, qarşı tərəf bunun əvəzinə sülh axtarışına yenidən səmimiyyətlə qoşulmalıdır. Qeyd etməliyəm ki, təəssüf ki, Ermənistan hökumətinin Baş nazir, xarici işlər naziri və digər rəsmi şəxslər səviyyəsində edilən rəsmi bəyanatları ilə Ermənistan tərəfinin hazırki həqiqi hərəkətləri arasında böyük uyğunsuzluq var ”,-deyə, o bildirib.

Onun sözlərinə görə, missiya əslində Ermənistanla Azərbaycan arasında etimad səviyyəsini artırmaq üçün aydın mandat əsasında formalaşıb:

“Bu gün aydın olan budur ki, missiya özünün mənasız “binokl diplomatiyası”nı yürüdərək qıcıq mənbəyinə çevrilib və nəticə etibarılə məqsədinin əksinə doğru fəaliyyət göstərir. Fərz etmək olar kı, erməni əsgərlərini atəş açmağa təşviq edə biləcək amillərdən biri də missiyanın onlara bir növ verdiyi arxayınlıq olmuşdur ”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti