“Aİ müşahidəçilərinin iddia etdikləri “nailiyyətlər” reallığı əks etdirmir”

  “Aİ müşahidəçilərinin iddia etdikləri “nailiyyətlər” reallığı əks etdirmir”
  15 Fevral 2024    Oxunub:835
Avropa İttifaqının müşahidəçiləri yalnız Ermənistan tərəfindədirlər, çünki onların Azərbaycanda olma şərtləri bizimlə razılaşdırılmayıb.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal” a açıqlamasında deyib. Onun sözlərinə görə, Aİ müşahidəçilərinin bölgədə mövcudluğu Azərbaycanın iştirakı və razılığı olmadan həll edilmiş məsələdir :

Elçin Əmirbəyov: “Mənasız “binokl diplomatiyası” qıcıq mənbəyinə çevrilib”
“Eyni zamanda, demək istədiyim odur ki, Aİ-nin müxtəlif rəsmilərinin, o cümlədən səfirlərin, eləcə də hərbçilərin sərhədə yaxın bölgəyə tez-tez həyata keçirilən bu səfərlər Azərbaycan tərəfində lazımsız qıcıq yaradır və vəziyyəti gərginləşdirir. Bunların hamısı heç də iki tərəf arasında etimadın artırılmasına yönəlmiş addımlar deyil.

Üstəlik, onların iddia etdikləri “nailiyyətlər” reallığı əks etdirmirlər. Sərhəddə heç bir zorakılığın olmaması və ya heç bir gərginliyin baş verməməsi ondan irəli gəlirdi ki, Azərbaycan atəşkəsə riayət etmək öhdəliyinə çox ciddi yanaşır və həll olunmamış problemlərin danışıqlar yolu ilə həllinə çalışır”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti