Rəsmi Bakının İrəvandan gözləntiləri: “Problemlər çoxdur, onlar öz həllini gözləyir”

    Rəsmi Bakının İrəvandan gözləntiləri:  “Problemlər çoxdur, onlar öz həllini gözləyir”
  15 Fevral 2024    Oxunub:877
“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yalnız ötən ilin sentyabrında nail olunmuşdur”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal” a açıqlamasında deyib.

“İndi də Azərbaycan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qeyri-qanuni xarici hərbi iştirakı olan sülh yolunda əsas maneənin öhdəsindən gəldiyindən, həqiqətən, qəti sülhə, davamlı ola biləcək və imzalanmalı olan sülh müqaviləsində təcəssüm etdirilə biləcək sülhə nail olmaq üçün yaxşı imkanlarımız var. Bundan başqa, biz sülh yolunda duran bir çox məsələləri həll etməliyik.

“Diplomatlar danışarkən vəziyyəti sakit saxlamağın vacib olduğunu bilirik”
Məsələn, biz birmənalı şəkildə əmin olmalıyıq ki, Ermənistanın Azərbaycana qarşı həqiqətən heç bir ərazi iddiası yoxdur. Bunu eşitmək sizin üçün təəccüblü ola bilər, amma baş nazir Paşinyan və onun komandası Azərbaycanın ərazi bütövlüyünün tanınmasından və Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyini tanıdıqlarından danışanda, əslində Ermənistan Konstitusiyası hələ də Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir, bu eyni zamanda 1991-ci ildə Ermənistan tərəfindən qəbul edilmiş müstəqillik bəyannaməsinə də aiddir ”, - deyə Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb.

Elçin Əmirbəyov Rəsmi Bakının İrəvandan gözləntilərini də açıqlayıb: “Biz gözləyirik ki, Ermənistan Azərbaycan tərəfinin bütün bu tələblərinə ciddi diqqət yetirəcək, çünki bu məsələləri həll etmədən biz etimad problemini həll edə bilməyəcəyik və sülh sazişini imzalaya bilməyəcəyik. İnam və etibar məsələsi sülhün irəliləməsi üçün zəruri elementlərdir. Onu da yaddan çıxarmamalıyıq ki, Azərbaycanın şimal-qərb bölgəsində yerləşən dörd kəndimiz hələ 1991-ci ildən erməni işğalı altındadır və biz Ermənistandan tələb edirik ki, öz qüvvələrini həmin ərazilərdən çıxarsınlar. Gördüyünüz kimi, problemlər çoxdur və onlar öz həllini gözləyir ”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti