“Zəngəzur dəhlizini hərbi yolla ələ keçirmək istəmirik”

  “Zəngəzur dəhlizini hərbi yolla ələ keçirmək istəmirik”
  15 Fevral 2024    Oxunub:1019
“Azərbaycan tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, ölkəmizin iki hissəsi arasında (Naxçıvan - Red) rabitə əlaqəni bərpa etmək istəyimizdə biz bunu Ermənistanın ərazisini zəbt etmək yolu ilə təmin olunmasını düşünmürük. Biz bu rabitə xəttinin bərpa olunmasının tərəfdarıyıq, və bu bağlantı sovetlər dövründə mövcud idi”.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal” a açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir və öhdəliklərdən biri 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış üçtərəfli atəşkəs sazişindən irəli gəlir:

Rəsmi Bakının İrəvandan gözləntiləri: “Problemlər çoxdur, onlar öz həllini gözləyir”
Onlar Azərbaycanın iki hissəsi arasında bu əlaqəni təmin etməyə razılaşıblar. Çünki bu yolla bu Naxçıvan Muxtar Respublikası təcrid vəziyyətinə son qoyulmuş olacaq. Bununla belə bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur. Biz bu dəhlizi hərbi yolla ələ keçirmək istəmirik. Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsi arasında bağlantı deyil, həm də bu, orta dəhlizin alternativ marşrutuna çevrilə bilər .

Fikir verin, bu gün Ermənistan istənilən regional iqtisadi layihədən tamamilə təcrid olunub Azərbaycanla münaqişəsi və Türkiyə ilə həll olunmamış problemlərinə görə tamamilə oyundan kənardır. Beləliklə, biz bunu hər iki tərəfin qazandığı vəziyyətə çevirməyə çalışırıq. Sülhdən Ermənistan da faydalana bilər. Ancaq bunun faydalarını dərk etmək istəmirlərsə, biz buna təkan verməyəcəyik ”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti