Bayden ABŞ-də fələstinlilər lehinə fərman imzalayıb

   Bayden ABŞ-də fələstinlilər lehinə fərman imzalayıb
  15 Fevral 2024    Oxunub:1096
Prezident Co Bayden ABŞ-dəki fələstinlilərin deportasiyasının qarşısını almaq üçün fərman verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat yayıb.

O bildirib ki, fərmana səbəb Qəzza zolağındakı münaqişə və humanitar ehtiyaclar fonunda ölkədəki fələstinlilərin təhlükəsizliyinə təminat verməkdir.

Beləliklə, ABŞ-də yaşayan təqribən 6 min fələstinli 18 ay ərzində deportasiya təhlükəsindən qorunacaq.

Bildirilir ki, İsrailə dəstəyi səbəbi ilə noyabrda keçiriləcək seçkilərdə qalib gəlmə ehtimalının zərər görəcəyindən ehtiyatlanan Bayden münaqişəyə qarşı yanaşmasını balanslaşdırmağa və Fələstin tərəfdarı seçicilərin qəzəbini sakitləşdirməyə çalışır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Bayden   saziş   fələstinlilər   deportasiya  





Xəbər lenti