İŞİD “Əl-Qaidə” ilə birləşdi

İŞİD “Əl-Qaidə” ilə birləşdi
  25 İyun 2014    Oxunub:831
“Əl-Qaidə” terror təşkilatının Suriya qolu olan “Cabhatan-Nusrə”, “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə birləşib.
AzVision.az-ın Qərb KİV-nə istinadən verdiyi məlumata görə, “Əl-Qaidə” üzviləri bununla bağlı Suriya-İraq sərhədi yaxınlığında yerləşən Abu-Kamal şəhərində İŞİD-a sədaqət andı içib.

Məlumata əsasən bu İŞİD üçün çox vacib hadisədir. Çünki, bundan sonra terrorçular hər iki tərəfdən Suriya –İraq sərhədini nəzarət edə bilməyəcəklər.

“Onlar rəqibdirlər, lakin hər qruplaşma cihadçılar və islamçılarlardan təşkil olunub. Bu addım digər dini cəryənlara məxsus qruplaşmalarla toqquşmaların artması ilə nəticələnəcək”, - deyə ekspertlər bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti