Avropa çempionatında 3 medal qazanan qadın güləşçilər Vətənə qayıdıblar
![Avropa çempionatında 3 medal qazanan qadın güləşçilər Vətənə qayıdıblar
Avropa çempionatında 3 medal qazanan qadın güləşçilər Vətənə qayıdıblar](https://azvision.az/photos/2024/02/17082386914575241296_1200x630-1708241990.jpg)
Qeyd edək ki, yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan Azərbaycan yığması medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Milli komanda qitə birinciliyində 10 çəkidən yalnız 5-də təmsil olunub. Mariya Stadnik (50 kiloqram) və Alyona Kolesnik (59 kiloqram) qızıl, Elis Manolova (65 kiloqram) isə bürünc medal qazanıb.
AzVision.az
Teqlər: