NATO Rusiya ilə əməkdaşlıqdan imtina etdi
“Biz Rusiyanın addımlarında heç bir dəyişiklik görmürük. Bizim vətəndaş və hərbi sahədə əməkdaşlığın dayandırılması barədə qərarı uzatmaqdan başqa variantımız yoxdur”, - deyə Rasmussen bildirib.
O, həmçinin bildirib ki, NATO sentyabr ayında keçiriləcək sammitdə Gürcüstana alyansa üzv olmaq barədə plan təqdim etməyəcək.
Qeyd edək ki, aprelin birində NATO Rusiya ilə vətəndaş və hərbi sahədə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edilib.
Eldar Tanrıverdiyev
Teqlər: