Fövqəladə Hallar Nazirliyi batma təhlükəsi ilə üzləşən iki nəfərin xilas edilməsi ilə bağlı məlumat yayıb.
AzVision.az nin qurumun saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonu ərazisində dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər FHN-in “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.