AKP elan etdi - Ərdoğan namizəd olacaq

AKP elan etdi - Ərdoğan namizəd olacaq
  26 İyun 2014    Oxunub:861
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) prezidentliyə namizədi baş nazir Rəcəb Tayyib Ərdoğan olacaq.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Bülənt Arınc bildirib.

Onun sözlərinə görə, Ərdoğanın namizədliyi avqustun 1-də AKP tərəfindən rəsmən elan ediləcək.

“Allah qismət eləsə avqustun 1-də, bir maneə olmasa hörmətli baş nazirimizin namizədliyini açıqlayacağıq. Biz onun namizəd olmasını istəyik və dəstəkləyirik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti