"Oğlumun yaddaşı itib, heç nəyi xatırlamır" - Zaqataladakı qəzada sağ qalan İbrahimin anası |
Onun sözlərinə görə, Zaqataladan Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim İbrahimzadə əvvəl Reanimasiya şöbəsində müalicə alıb:
"Daha sonra palataya köçürülüb. Mərkəzdə stasionar müalicəsi yekunlaşdıqdan sonra yaxşılaşma ilə evə buraxılıb".
Qeyd edək ki, fevralın 8-i rayonun Zaqatala rayonunun Göyəm kəndində İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan “Mercedes” markalı minik avtomobili ilə üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.
Aytən Zəhra
AzVision.az