Fransa İrəvana qısa, orta və uzun mənzilli raketlər verəcək

 Fransa İrəvana  qısa, orta və uzun mənzilli raketlər  verəcək
  23 Fevral 2024    Oxunub:884
"Erməni həmkarım Arsen Papikyanla İrəvana müxtəlif diapazonlu hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdim".
AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Papikyan: "Parislə hərbi əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib"
Fransalı nazir qeyd edib ki, artıq silahlarının ilkin çatdırılma prosesi həyata keçirilib. Lekornunun sözlərinə görə, gələcəkdə Ermənistana "Bastion" zirehli texnikası da veriləcək.

“Bunlar müdafiə silahlarıdır və heç kim Ermənistanı ordunun potensialını gücləndirdiyinə görə tənqid edə bilməz. Bu silahlar sizə sərhədləriniz daxilində özünüzü daha yaxşı müdafiə etməyə imkan verəcək. Qısa, orta və uzun mənzilli raketlərə gəlincə, əgər lazım gəlsə, Ermənistana onlar da veriləcək”, - o vurğulayıb.

Lekornu Fransanın Ermənistanı “Mistral” raket sistemləri ilə silahlandıra biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, dövlətlər arasında əməkdaşlığın əsası nə qədər möhkəmlənərsə, Paris bir o qədər çox hərbi imkanlar təqdim edə bilər.

"Tezliklə Ermənistana GM200 radarları da gətiriləcək", - Fransanın müdafiə naziri qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ermənistan   Nazir   Silah  





Xəbər lenti