"Qarabağ"ın 1/8 finaldakı rəqibi bəlli oldu - YENİLƏNİB

   "Qarabağ"ın 1/8 finaldakı rəqibi bəlli oldu -   YENİLƏNİB
  23 Fevral 2024    Oxunub:1170
"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
AzVision.az xəbər verir ki, ölkə çempionu bu raundda "Bayer 04" (Almaniya) ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.

Avropa Liqası, 1/8 final

"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)

"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)

"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)

"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)

"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Bayer 04" (Almaniya)

***
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

AzVision.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb. 1/8 finalda eyni ölkənin komandaları bir-birinə rəqib ola bilməzlər.

1/8 finalda pley-off-un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda mübarizə aparmış "Bayer" də (Almaniya) var. "Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

"Qarabağ"ın potensial rəqibləri:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Slaviya" (Çexiya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.


AzVision.az


Teqlər:





Xəbər lenti