Azərbaycanlı milyarder obyektlərini satdı
Ələkbərov bildirib ki, yanacaqdoldurma məntəqələri xırda və orda biznesin inkişaf etdirilməsi məqsədilə krımdakı operatorlara satılıb.
“Lukoyl” rəhbəri vurğulayıb ki, satış kommersiya xarakteri daşıyır: “Təbii ki, ordakı vəziyyət nəzərə alınaraq müəyyən güzəştlər edilib”. Ələkbərov bildirib ki, şirkət satılan yanacaqdoldurma məntəqlərinə yanacaq tədarük etməyəcək.
“Biz artıq onları satmışıq və onların yanacaqla təmin olunmasına görə, məsuliyyət daşımırıq. Məntəqələrdə “Lukoyl” adı artıq çıxardılıb”, -deyə azərbaycanlı biznesmen bildirib.
Eldar Tanrıverdiyev