Paris Ukraynanın çöküşünü gizlətmək istəyir - “France 24”

   Paris Ukraynanın çöküşünü gizlətmək istəyir    - “France 24”
  26 Fevral 2024    Oxunub:845
Avropa İttifaqı (Aİ) Fransada Ukraynaya hərbi yardımla bağlı konfrans keçirməyi planlaşdırır. Çünki onlar “Ukraynada işlərin qaydasında getməməsi” fikrini təkzib etməlidirlər.
AzVision.az xəbər verir ki, bu barədə “France 24” öz mənbələrinə istinadən məlumat yayıb.

Hindistan indi də Kiyevi silahlandırır: Yüz minlərlə mərmi Ukraynaya verilir
“Bu toplantı Ukraynanın döyüş meydanındakı uğursuzluqlarından sonra hər şeyin məhv olması təəssüratını təkzib etməlidir. Kiyevə yeni yardım elan edilməsə belə, Aİ üzvləri işlərin daha yaxşı və qətiyyətli qurulmasının yollarını araşdıracaqlar”, - mənbə bildirib.

Məqalə müəllifi onu da qeyd edib ki, bu, Fransa prezidenti Emmanuel Makron üçün də lazımdır. Fransa lideri Avropa İttifaqının ABŞ-nin gecikən yardımları ilə bağlı narahatlığı fonunda özünü “Avropanın Ukrayna üzrə əsas müdafiəçisi” kimi görür.

Fransa prezidenti bildirib ki, "Parisdəki görüş konfrans iştirakçıları üçün birliyin və Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibəni məğlub etmək əzmlərini yenidən təsdiqləmək” üçün bir şans olacaq.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Fransa   Makron  





Xəbər lenti