Fələstinin Baş naziri istefa verib

   Fələstinin Baş naziri istefa verib
  26 Fevral 2024    Oxunub:974
Fələstinin Baş naziri Məhəmməd Əştiyyə istefa ərizəsini prezident Mahmud Abbasa təqdim edib.
AzVision.az xəbər verir ki, o, istefasına səbəb kimi İordan çayının qərb sahilində münaqişənin daha da şiddətlənməsini göstərib.

"İstefa qərarı İordan çayının qərb sahilində, Qəzzada misilsiz eskalasiya, qətliam və aclıq fonunda verilib. Başa düşürəm ki, münaqişənin yeni mərhələsində yeni hökumət və siyasi tədbirlərə ehtiyac var", - nazir bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fələstin   Qəzza   baş-nazir   istefa  





Xəbər lenti