Türkiyəli model muxtarlığa namizəd oldu: "Qadınların səsi olacağam"

      Türkiyəli model muxtarlığa namizəd oldu:    "Qadınların səsi olacağam"
  28 Fevral 2024    Oxunub:1370
Türkiyədə model muxtarlığa namizəd olub
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model Simurq Sarsılmaz 31 martda keçiriləcək seçkilərdə Diyarbakırın Bağlar rayonundakı Kaynartəpə məhəlləsinin muxtarlığına namizəd olub. O, 4 kişi namizədlə yarışacaq.

Sarsılmaz uğura gedən yolun çoxlu işləmək və səmimiyyətdən keçdiyini vurğulayıb. O, Kaynartəpə məhəlləsindəki qadınların yaşadıqları çətinliklərin və əziyyətlərin sona çatdırılması üçün namizədliyini irəli sürdüyünü qeyd edib. Sarsılmaz bu yolla qadınların səsi olacağını deyib.

Model Diyarbəkirdə yerli firmaların reklam siması olaraq fəaliyyətini davam etdirir. Gəlinlik modeli kimi çalışan Sarsılmazın gözəlliyi ilə diqqətləri toplaya bilib.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti