"Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz" - Cavid Qurbanov

   "Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz" -    Cavid Qurbanov
  29 Fevral 2024    Oxunub:683
Bu gün Xankəndidəyik. Bundan gözəl, şərəfli nə var ki?!
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndi - Bakı ultra marafonu barədə jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri 30 illik həsrətə son qoyulduğunu bildirib: "Bu ağrı-acını illərlə birlikdə yaşamışıq. Mən özüm Kəlbəcərdənəm, düz 30 il əvvəl oradan çıxmışdım.

Amma sonra Prezident İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu gün Xankəndidə tədbir keçiririk. Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, əsl fəxarətdir. Gözümüz aydın olsun. "Qarabağ" Azərbaycandır!".

Qeyd edək ki, ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.



AzVision.az


Teqlər:





Xəbər lenti