Rafael Qrossi Rusiyaya səfər edəcək

   Rafael Qrossi Rusiyaya səfər edəcək
  29 Fevral 2024    Oxunub:604
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi martın əvvəlində Rusiyaya rəsmi səfər etməyi planlaşdırır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

"Biz təsdiq edə bilərik ki, baş direktor Qrossi martın əvvəlində Rusiyaya yüksək səviyyəli səfər planlaşdırır", - AEBA-dan bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti