Dili uzanan fərari: Seyran Ohanyan əslində harada olmalıdır

      Dili uzanan fərari:    Seyran Ohanyan əslində harada olmalıdır
  01 Mart 2024    Oxunub:2008
Ermənistanda əsgər ölümlərilə bağlı adı ən çox hallandırılan şəxslərdən biri keçmiş müdafiə naziri Seyran Ohanyandır. 90-cı illərdə Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərinin işğalında, Xocalı və digər soyqırımlarının törədilməsində əli olan Ohanyanın dövründə Ermənistanın Müdafiə Nazirliyində korrupsiya maksimum həddə çatmışdı.
İndi parlamentdə “Ermənistan” fraksiyasının rəhbəri olan keçmiş müdafiə naziri hökumətin ünvanına dayanmadan ittihamlar səsləndirir və özünü ölkənin maraqlarının keşikçisi kimi göstərməyə çalışır. Gələcəklərinin qeyri-müəyyən olduğunu, amma müxalifətin ölkəyə rəhbərlik edəcəyi təqdirdə məğlub Ermənistanın "çiçəklənəcəyini" deyərək, özünü gülünc vəziyyətə salır.

“Biz elə vəziyyətdəyik ki, ölkəmizi müdafiə etməyə hər zaman hazır olmalıyıq. Danışıqlar bitən yerdə müharibə başlayır. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından iki prioritet olmalıdır. Birincisi ordunun formalaşdırıması, sərhədlərimizin möhkəmləndirilməsidir. İkincisi, beynəlxalq təminatların alınmasıdır. Bizim vəziyyətimizdə strateji tərəfdaşlar və qonşularla münasibətlərin pisləşməsi yolverilməzdir”,- deyə Ohanyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.


O, müdafiə naziri olanda erməni əsgərlər müasir silah demirəm, ayağına çəkmə, əyninə paltar tapmırdı. Müdafiə nazirliyinin binalarını, torpaq sahələrini güzəştli qiymətlərlə əlaltılarının adına özəlləşdirən, sonradan isə on dəfə baha qiymətə satan, Qarabağdan Azərbaycana aid əmlakın, faydalı qazıntıların və təbii sərvətlərin talanmasına rəhbərlik edən şəxs indi hansısa “prioritetlər”dən danışır. Onun anasını ağlatdığı erməni ordusunun bərbad vəziyyəti ilə bağlı “narahatlıq” ifadə etməsi çox gülməlidir.

Daim rus çəkmələrini yalamaqala vəzifədə qalmasını təmin edən Ohanyan Paşinyanı “strateji tərəfdaşlarla” münasibətləri korladığına görə qınayır. Təbii ki, bu göstəriş birmənalı şəkildə Ohanyanı idarə edən Kremldəki ermənipərəst məmurlardan gəlib və “strateji tərəfdaşlar” dedikdə Rusiya nəzərdə tutulur.

Fərari erməni ordusunun vəziyyətinə gəlincə, burada heç nəyi düzəltmək mümkün deyil. Paşinyan müharibədə uduzsa da, bu məğlubiyyətin səbəbkarı Ohanyan və onun korrupsioner tərəfdaşlarıdır. 2016-cı ilin aprelində, yəni Ohanyanın müdafiə naziri olduğu vaxtda qəhrəman Azərbaycan Əsgəri erməni ordusunu ağır itkiyə məruz qoydu. Maraqlıdır ki, Ohanyan Aprel döyüşlərinin məsuliyyəti mövzusunda bir kəlmə də işlətmir. Erməni ordusunda oğru qanunlarının yayılması, zabitlərin özbaşınalığı, Ermənistandan Qarabağa gələn əsgərlərin vəhşicəsinə döyülməsi, ölüm hallarının və irimiqyaslı korrupsiya faktlarının artması Ohanyanın müdafiə naziri olduğu dövrə aiddir.


Ohanyan nazir ikən kimsə onun məsuliyyətə cəlb olunmasını tələb etmirdi. Çünki Sarkisyan onu şəxsən qoruyurdu. Sarkisyanın dövründə oliqarxa çevrilən erməni generallar indi də pis yaşamırlar. Hakimiyyət dəyişsə də keçmiş nazir və ehtiyatda olan generallar varlanmaqda, milyonlarla sərvət toplamaqda davam edirlər. Seyran milyonlarla dollar dəyəri olan villalarda məşuqələri ilə kef çəkəndə erməni əsgərlərin çoxunun nə dəbilqəsi, nə zirehli gödəkcəsi, nə rabitə vasitəsi, nə termal müşahidə cihazı, nə çəkməsi, nə də alt paltarı var idi.

Ona görə də erməni ordusunun çatışmayan cəhətlərinə görə hay-həşir salan Ohanyan ilk növbədə özünü gülünc vəziyyətə salır. Ermənistanda hamı axmaq deyil. Sadəcə, ağıllı ermənilərin də çoxu ya Seyran kimilərin həyasızlığından bezib və susur, ya da ciddi qəbul etmirlər.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ohanyan  





Xəbər lenti