Ruslar Ukrayna ilə müharibədən qorxdu

Ruslar Ukrayna ilə müharibədən qorxdu
  27 İyun 2014    Oxunub:723
Ukrayna ilə müharibə perspektevi, o cümlədən Donbass vilayətində silahlı qarşıdurmalar Rusiya sakinlərini qorxudur.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə öz narahatlılqlarını müvafiq olaraq rəyi soruşulanların 68 və 84 faizi bildirib.

Rusların böyük əksəriyyəti hesab edir ki, ölkə Ukraynanın cənub-şərqindəki separatçıları aktiv şəkildə dəstəkləməlidir. Bunun lehinə rəyi soruşulanların 59 faizi səs verib. Respondentlərin cəmi 20 faizi hesab edir ki, Rusiya bu münaqişəyə qarışmamalıdır.

Rəyi soruşulanların 41 faizi Rusiyanın Krımı birləşdirməyə haqqı olduğunu bildirib. Yeddi faiz isə bu faktı işğal olaraq adlandırıb.
Sorğu rəyi soruşulanların 91 faizinin əsas informasiya mənbəyinin televizya olduğunu göstərib. 26 faiz xəbərləri öz dostlarından, 17 faiz internet portallarından, 11 faiz radiodan, 10 faiz sosial şəbəkələrdən, 9 və 2 faiz isə müvafiq olaraq qəzet və jurnallardan əldə edir.

Respondentlərin 79 faizi Rusiyalı jurnalistlərin məlumatları qərəzsiz verdiyini, 14 faizi isə onların qeyri-obyektiv olduğunu bildirib. Rusiya vətəndaşları Qərb KİV-nə daha az inanır: yalnız 18 faiz onların dürüst olduğunu düşünür, 64 faiz isə onları qeyri-peşəkar olduğunu bildirib.

Qeyd edək ki, sorğuda 1,6 min insan iştirak edib. Sorğu Rusiyanın 46 regionunda, 134 yaşayış məntəqəsində keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti