"Qarabağ"ın "Bayer"lə oyun üçün iştirak ərizəsi açıqlandı

   "Qarabağ"ın "Bayer"lə oyun üçün iştirak ərizəsi açıqlandı
  01 Mart 2024    Oxunub:563
"Qarabağ" Avropa Liqasının 1/8 finalında "Bayer"lə ilk oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov 22 futbolçunun adını iştirak ərizəsinə daxil edib.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov

Müdafiəçilər: Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev

Yarımmüdafiəçilər: Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade

Hücumçular: Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə martın 7-də Bakıda, martın 14-də isə Leverkuzendə qarşılaşacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti