Lavrov və Kerri İŞİD-dan danışdı

Lavrov və Kerri İŞİD-dan danışdı
  27 İyun 2014    Oxunub:876
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışığı zamanı İraqdakı vəziyyətlə bağlı öz narahatlıqlarını bildiriblər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Telefon danışığı zamanı Kerri bu yaxınlarda İraq etdiyi səfərin nəticələri ilə bağlı rusiyalı həmkarlını məlumatlandırıb.

Kerri bəyan edib ki, “İraq və Şam İslam Dövləti” yaraqlıları İraqın müstəqlliyinə, ərazi bütövlüyünə təhlküə törədir. Onun sözlərinə görə, yaxın günlər, həftələrdə İraqda baş verənlər ölkənin gələcəyi üçün olduqca vacib əhəmiyyət daşıyacaq

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti