Erməni jurnalist: "Bizi həmişə başqa dövlətlər idarə edib"

      Erməni jurnalist:    "Bizi həmişə başqa dövlətlər idarə edib"
  04 Mart 2024    Oxunub:1439
Erməni jurnalist Oskan Sarkisyan ölkəsinin düşdüyü ağır durumdan şikayət edib. O, "Mamul"da yazdığı məqalədə İrəvana həmişə xarici qüvvələrin nəzarət etdiyini yazıb.
Jurnalist bu gün də əvvəlki "ənənənin" qaldığını iddia edib: “Ermənistanın ən böyük problemi ondan ibarətdir ki, 1000 il əvvəl olduğu kimi bizi indi də əcnəbilər idarə edir. Əvvəllər romalılar və farslara, sonra Türkiyə və İrana tabe idik. İndi isə Rusiyadan sonra Qərbdən asılı qaldıq.

Sarkisyan İrəvanın müharibə hazırlığını pislədi: "Dövləti məhv edirlər!"
Ermənistanın Qərb kredit təşkilatlarına 12 milyard dollar borcu var. Amma ölkəmiz təhlükəsizlik, iqtisadiyyat və digər aspektlərdə Rusiyadan çox asılıdır. Ermənistanın qərbində NATO-da ikinci güclü orduya sahib olan və Azərbaycanın qardaşı, müttəfiqi sayılan Türkiyə yerləşir. İndi Ermənistanın geosiyasi seçimi yaxşı ilə ən yaxşı arasında deyil, pis və lap pis arasındadır".

Sarkisyan ehtimal edib ki, Rusiya ilə münasibətləri qəsdən pisləşdirən Nikol Paşinyan Putinin oyununu oynayır. Ermənistan ərazi itkiləri iləü zləşsə, Zəngzurdan dəhliz açılsa, erməni ictimaiyyətinin gözündə yalnız Nikol Paşinyan günahkar olacaq: "Biz bunu 2020-ci il müharibəsi zamanı, kapitulyasiya aktından sonra gördük".

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Qərb   Rusiya   Türiyə  





Xəbər lenti