“Üç it hücum edib, uşağın bütün bədənini parçalayıb” - VİDEO |
"Hadisə yaşayış kompleksinin ərazisində deyil, aralıda baş verib. Amma biz tərəfdən dəfələrlə bu itlərlə bağlı tədbir görülməsi üün aidiyyatı üzrə mqüraciət olunub".
Qeyd edək ki. “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında itlər azyaşlı uşağın üstünə hücum edib. Klinik Tibbi mərkəzə gətirilən azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Aytən Zəhra
AzVision.az