Pakistanda güclü yağışlar: 35 ölü

   Pakistanda güclü yağışlar:    35 ölü
  04 Mart 2024    Oxunub:816
Pakistanın Xeybər-Pəxtunxua əyalətində güclü yağıntılar ağır fəsadlar və insan itkisinə səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə əyalətin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Şiddətli yağış və qar səbəbi ilə ölənlərin sayı 35-ə, yaralanların sayı isə 43-ə çatıb.

Yağışdan baş verən torpaq sürüşməsi nəticəsində 46 evin tamamilə, 300-dən çox evin isə qismən dağıldığı bildirilib.

Əyalətin bəzi hissələrində həmçinin elektrik enerjisi kəsilib, bir sıra əsas yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Pakistan   yağış  





Xəbər lenti