Paşinyan Misirə gedib

   Paşinyan Misirə gedib
  05 Mart 2024    Oxunub:1018
Ermənistanın baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasına gedib.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

İki günlük səfər zamanı Paşinyanla Misir Prezidenti Abdel Fəttah as-Sisi arasında təkbətək görüş olacaq. Bunun ardınca nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqlar davam edəcək.

Bildirilib ki, Ermənistanın baş naziri Misir hökumətinin başçısı Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abdul Qeyt, Kopt pravoslav kilsəsinin patriarxı II Tavadros, Əl-Əzhərin imamı şeyx Əhməd Məhəmməd Əl-Taliblə də görüşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti