Qobuda it dişləyən uşağın vəziyyəti necədir? - Açıqlama

   Qobuda it dişləyən uşağın vəziyyəti necədir? -    Açıqlama
  06 Mart 2024    Oxunub:1239
Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyətində hər hansı irəliləyiş yoxdur.
AzVision.az xəbər verir ki, bununla bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Qobuda it dişləyən azyaşlı əməliyyat olunub, vəziyyəti ağırdır - YENİLƏNİB+VİDEO


Onun sözlərinə görə, it dişləməsi səbəbi ilə zərərçəkən doqquz yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qalmaqdadır.

Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti