"Qurban Qurbanovla aramızda heç bir sirr yoxdur"
!["Qurban Qurbanovla aramızda heç bir sirr yoxdur" "Qurban Qurbanovla aramızda heç bir sirr yoxdur"](https://azvision.az/photos/2024/03/194015_heykprplrf-1709716524.jpg)
"Yanvarın sonunda Qurban Qurbanov sizin klubun qonağı oldu. Əgər bilsəydiniz ki, "Qarabağ" sizinlə yenidən düşəcək, Qurbanovu qəbul edərdinizmi?" sualı ispaniyalı mütəxəssisdə təbəssüm yaradıb.
X.Alonso cavabında deyib: "O, yaxşı məşqçidir. İstənilən halda onu böyük məmnuniyyətlə qəbul edərdik. Yaxşı söhbətlərimiz oldu. Aramızda heç bir sirr yox idi. Bizim bir-birimizdən gizlədəcəyimiz heç nə yoxdur".
Xatırladaq ki, bu mövsüm Avropa Liqasının qrup mərhələsində qarşılaşmış "Qarabağ"la "Bayer" martın 7-də sabah Bakıda həmin yarışın 1/8 finalında da üz-üzə gələcəklər. Bu komandalar arasında cavab görüşü martın 14-ü Leverkuzendə keçiriləcək.
AzVision.az
Teqlər: