Nikki Heyli prezidentlik uğrunda mübarizəni dayandırdı - VİDEO

   Nikki Heyli prezidentlik uğrunda mübarizəni dayandırdı -  VİDEO
  06 Mart 2024    Oxunub:854
Cənubi Karolina ştatının keçmiş qubernatoru, ABŞ-nin BMT-dəki sabiq nümayəndəsi Nikki Heyli 2024-cü il prezidentlik yarışından çəkildiyini və Respublikaçılar Partiyasından namizədliyi Donald Trampa verdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, o bu barədə bəyanat yayıb.
ABŞ-də prezidentlik yarışı: Nikki Heyli israrlıdır

"Böyük ölkəmizin hər yanından aldığımız dəstəyə görə minnətdaram, ancaq kampaniyamı dayandırmağın vaxtı çatıb. Amerikalıların öz səslərini eşitmələrini istədim və bacardım. Peşman deyiləm. Artıq namizədlikdən çəkilsəm də, inandığım amallar uğruna mübarizə aparacağam", - xanım Heyli söyləyib.

O həmçinin partiyadaxili rəqibi Donald Trampa uğurlar arzulayıb.

"Ölkəmiz fikir ixtilaflarının bizi ayırmasına icazə verməyəcək qədər qiymətlidir", - deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   prezident   seçkilər   namizəd   Nikki-Heyli  





Xəbər lenti