İki boksçumuz lisenziya turnirində növbəti mərhələyə yüksəlib

İki boksçumuz lisenziya turnirində növbəti mərhələyə yüksəlib
  06 Mart 2024    Oxunub:817
Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.
AzVision.az xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan idmançı ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

N.Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda Fransa paytaxtında vəsiqə əldə edəcək.

Azərbaycanın digər boksçusu Alfonso Dominqes isə (92 kiloqram) 1/32 final çərçivəsində israilli Yan Zakla üz-üzə gəlib. Yığma üzvü rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.

Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın 7-də olacaq.

Xatırladaq ki, Azərbaycan millisi martın 3-də start götürən yarışda məğlubiyyətsiz irəliləyib. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kiloqram) 1/8, Ümid Rüstəmov (57 kiloqram), Tayfur Əliyev (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram) və Şəhla Allahverdiyeva (66 kiloqram) 1/16 finala yüksəlib.

AzVision.az


Teqlər: idman   boks  





Xəbər lenti