"Məhkəmə ədalətli qərar verdi" - "Nikosayağı”nın atası

   "Məhkəmə ədalətli qərar verdi" -    "Nikosayağı”nın atası
  07 Mart 2024    Oxunub:1436
Xəbər verdiyimiz kimi, "Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
"Kaş Ruslan yox, mən ölərdim" - “Nikosayağı”
Bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov AzVision.az -a açıqlamasında məhkəmənin oğlu ilə bağlı ədalətli qərar verdiyini deyib:

"Dövlətin qəbul etdiyi qanunlar çərçivəsində məhkəmə qərar qəbul edib. Bu qərarla da razıyıq və apellyasiya şikayəti verilməyəcək. Nicat məhkəmənin qərarı əsasında cəzasını çəkəcək".

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Qəza  





Xəbər lenti