Kim Çen In müharibəyə intensiv hazırlıqla bağlı göstəriş verdi

Kim Çen In müharibəyə intensiv hazırlıqla bağlı göstəriş verdi
  07 Mart 2024    Oxunub:721
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Demokratik Respublikasının (KXDR) qərb bölgəsindəki hərbi bazasına baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə KNCA agentliyi məlumat yayıb. Qeyd edilir ki, o, qoşunların səhra təlimini izləyib və orduya müharibəyə hazırlıqla bağlı tədbirləri artırmağı əmr edib.

Agentliyin məlumatına görə, Şimali Koreya rəhbəri deyib ki, hərbçilər mövcud vəziyyətin tələblərinə uyğun olaraq hərbi hazırlıqların intensivləşdirilməsinin yeni mərhələsinə başlamalıdırlar.

"Ordumuz müasir müharibələrin dəyişən və inkişaf edən aspektlərinə uyğun olaraq daim öz qarşısına daha dəqiq tələblər qoymalıdır. Mükəmməl döyüş hazırlığı üçün döyüş qabiliyyətinin sürətlə yüksəldilməsinə yönəlmiş hərbi təlimləri durmadan intensivləşdirməlisiniz”,- Kim Çen In deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Müharibə   Ordu  





Xəbər lenti