Ukraynanın "super snayper"i öldürüldü

   Ukraynanın  "super snayper"i  öldürüldü
  07 Mart 2024    Oxunub:1367
Ukrayna Silahlı Qüvvələrinin məşhur snayper atıcısı, “super snayper” ləqəbi ilə tanınan Vladimir Osnovenko ağır döyüşlərin birində öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Qazeta.ru" məlumat yayıb. Qeyd edilir ki, snayperçi Rusiya qırıcılarının zərbələri nəticəsində aradan götürülüb.

Ukraynada döyüşən məşhur braziliyalı snayperçi öldürüldü - FOTO
Məşhur hərbçi Ukrayna Silahlı Qüvvələrinin 241-ci Ərazi Müdafiə Briqadasında xidmət aparırmış. Hərbi jurnalist Ruslan Tatarinov Telegram kanalında yazıb ki, "super snayper" martın 7-də İvanovsk yaşayış məntəqəsində öldürülüb.

Xatırladaq ki, bir neçə gün öncə Ukraynanın Beynəlxalq Legionunda snayper atıcısı kimi xidmət aparan məşhur braziliyalı muzdlu Maksuel Vukapanavo da öldürülmüşdü.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Snayper   Ukrayna   Rusiya  





Xəbər lenti