"Ermənistan Azərbaycanla möhkəm sülh bağlamaq imkanına malikdir"

  "Ermənistan Azərbaycanla möhkəm sülh bağlamaq imkanına malikdir"
  08 Mart 2024    Oxunub:874
İndi Azərbaycanla əsl sülhə nail olmaq imkanımız var.
Bunu “Anadolu” agentliyinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla möhkəm sülh sazişi bağlamaq imkanına malikdir.

"Güman edirəm ki, xalqlarımızın sülhə ehtiyacı var. Dünyanın digər xalqları kimi, bizim xalqlarımız da sülhə layiqdirlər və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik".

Ermənistan xarici işlər naziri qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş hələlik müəyyənləşməyib, lakin tərəflər daimi əlaqə saxlamaqda davam edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti