Azərbaycanda narkotik bahalaşıb
Hesabatda qeyd edilib ki, dünyada kokain və marixuana asılılığının azalması fonunda yeni növ narkotiklərin istifadəsi artıb. Əsas təhlükəni isə tərkibində amfetamin olan preparatlar və psixoaktiv maddələr təşkil edir.
Eyni zamanda narkotik maddələrin qiymətinin artdığı ölkələr arasında Azərbaycanın da adı vurğulanır.
Bildirilir ki, narkotik bitkilərin qiyməti Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan və Özbəkistanda da qalxıb.
Bunun isə əsas səbəbi narkotik maddələrə olan tələbatın artmasıdır.
Dünyada isə narkotik aludəçilərinin sayının 27 milyon nəfər olduğu bildirilir.
Hesabatda göstərilir ki, qadınların əksəriyyəri sakitləşdirici həblərdən istifadə edirlər.
Sevinc İltifatqızı
Teqlər: