Brüssel Sammitinin Rusiya ilə bağlı yekun qərarı
Avropa İttifaqının iyunun 27-də Brüsseldə keçirilən sammitinin iştirkaçıları Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq olunması ilə bağlı bir qərar qəbul etməyiblər. Buna baxmayaraq sammit iştirakçıları yekun bəyanatlarında bildirblər ki, Rusiyaya qarşı hər hansı sanksiya “yalnız gələcəkdə Ukraynadakı vəziyyət bunu tələb edərsə tətbiq olunacaq”.
“Avropa Şurası bildirir ki, Avropa Komissiyası, avropa xarici siyasət xidməti və Avropa İttifaqına üzv dövlətlər bu istiqamətdə mümkün məqsədyönlü tədbirlərlə bağlı qabaqcadan hazırlıqlar görüblər. Əgər gələcəkdə Ukraynanın Şərqində vəziyyət Rusiyaya sanksiya qoyulmasını tələb edərsə, müvafiq addımlar atılacaq” deyə yekun bəyanatda bildirilir.
Bununla yanaşı, sammmit iştirakçıları qeyd ediblər ki, Krımın Rusiyanın tərkibində tanınmaması qərarını əsas tutaraq “sammit Avropa İttifaqı Şurasının iyunun 23 –dən etibarən Krım və Sevastopoldan Ukrayna sertifikatı olmadan ixrac olunan bütun malların idxalına qadağanı dəstəkləyir”.
Səbinə Həsənova